Sürücülərin tez-tez şikayət etdiyi Bakı-Quba avtomobil yolundakı son vəziyyətə bu dəfə ekspert etiraz etdi.
Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev milyonlarla vəsaitin xərcləndiyi Bakı-Quba avtomobil yolunun yenidən tikintisi işlərinə münasibət bildirib.
“Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsində Azərbaycan tərəfinin payı (182 km hissə) maliyyələşdirillməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib. Bundan başqa 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (məsələn, yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə səhv etmirəmsə, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir.
İndi bu yol dağıdılıb. Çünki bir neçə il idi sürücülər zülüm çəkirdilər. Çünki yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbət milyonlar hesabına yenidən qurulur”, - deyə S.Əliyev bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsinin (km 52+000 km 118+000) yenidən qurulması işləri 2022-ci ilin iş planına daxil edilərək icrası sürətlə davam etdirilir.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur.
İbRa


















