• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıda avtomobili qaçıran şəxs saxlanıldı

HADİSƏ

13 Mart 2021 | 20:15

Bakıda avtomobili qaçıran şəxs saxlanıldı

Martın 10-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə R.Rəhimova məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dəmirov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Balaxanı qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin martın 8-də “VAZ” markalı avtomobil qaçırması da müəyyənləşdirilib. Həmin avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR