Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda əlibaltalı gəzən şəxslə bağlı açıqlama verib.
Bakıvaxtı.az-ın oxu.az-a istinadən xəbərinə görə ,DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkə üzərində yayılmış görüntü ilə əlaqədar araşdırma aparılır.
*** 14:00
Bakı metrosunda əlibaltalı şəxs peyda olub.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.
O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
Həmin görüntüləri təqdim edirik:


jpg-1657015322.jpg)













