• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakıda ehtiyatsızlıqdan adam öldü - cinayət işi başlandı

CƏMİYYƏT

02 Avqust 2023 | 20:10 | Müəllif: Subhan Mahmudov

Bakıda ehtiyatsızlıqdan adam öldü - cinayət işi başlandı

Avqustun 2-si saat 13 radələrində paytaxtın Binəqədi rayonunun eyniadlı qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğundan bildirilib.

Bildirilib ki, aparılan araşdırmarla 1967-ci il təvəllüdlü Azər Əfəndiyevin yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı Məlahət Əfəndiyevanı əli ilə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR