Bakıda evdən oğurluq olub.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birindən 15 min 500 manat oğurluq olduğu məlum olub. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus "Hyundai" markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev saxlanılıb.
Araşdırma aparılır.
Bakı 


