Bakıda intihara cəhdin qarşısı alınıb.
Bakıvaxtı.az bildirir ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs fikrindən daşındırılıb. İntihara cəhd edən şəxs körpüdən düşürülüb.
17:59
Bu gün saat 17 radələrində naməlum şəxs "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Bakıvaxtı.az xəbər verir ki, həmin şəxs körpünün asma dirəklərini saxlayan qurğunun üzərinə çıxıb.
Hadisə ilə bağlı xilasedicilərə məlumat verilib.
İntiharın qarşısının alınması məqsədilə iş aparılır.
















