• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda küləyin sürəti ARTDI - FAKTİKİ HAVA

CƏMİYYƏT

05 Fevral 2024 | 15:34

Bakıda küləyin sürəti ARTDI - FAKTİKİ HAVA

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026