• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda skamyada çılpaq yatan şəxs həbs edildi

CƏMİYYƏT

06 Noyabr 2023 | 14:03 | Müəllif: Subhan Mahmudov

Bakıda skamyada çılpaq yatan şəxs həbs edildi

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 ünvanının qarşısında- ictimai yerdə çılpaq yatan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bina sakini binanın qarşısındakı skamyada 1 nəfərin sərxoş və çılpaq vəziyyətdə yatması, qışqırması, uşaqları öldürəcəyi ilə hədələməsi barədə polisə müraciət edib. Onlar tanımadıqları şəxsin 2-3 gündür çılpaq halda skamyada yatdığını deyiblər.

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları qeyd edilən yerə gedərək həmin şəxsi müəyyən ediblər. Bu zaman o, müqavimət göstərərək polislə birgə getmək istəməyib.

Şöbəyə aparılan saxlanılan şəxsin Lənkəran rayon Boladi kənd sakini, 1977-ci il təvəllüdlü S.Salahov (şərti) olması müəyyən edilib və barəsində inzibati protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR