• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLAR 

CƏMİYYƏT

21 Dekabr 2021 | 15:02

Bakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLAR

Paytaxtın bəzi ərazilərində şam ağaclarının quruması dövlət qurumlarını və  ictimaiyyəti ciddi narahat edir. 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bizimyol.info-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin və digər qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib və məsələ geniş müzakirə edilib: “Müşavirədə qeyd edilib ki, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində şam ağaclarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.

Müşavirədə qərara  alınıb ki, Abşeron iqlimi üçün çox əlverişli olan bu ağaclarda göbələk xəstəliyin fəsadlarının aradan qaldırılması, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün Ekologiya və Təbbi Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında xəstə, qurumuş ağaclar çıxarılaraq utilizasiya olunmalı və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilməlidir”.  

Məlumata görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi müvafiq qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb: “Utilizasiya edilən ağacların yeri dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcəkdir. Bu günə kimi artıq Bakı şəhərində 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib”.

Qeyd edilib ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcəkdir.


Bakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLARBakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLARBakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLARBakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLARBakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLARBakıda xəstə ağaclar utilizasiya edilir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR