• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bakıda yaşayış binasında YANĞIN: 12 nəfər... - VİDEO

HADİSƏ

21 Mart 2025 | 05:12

Bakıda yaşayış binasında YANĞIN: 12 nəfər... - VİDEO

Bakıda yaşayış binasında yanğın olub.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə  Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında qeydə alınıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ondoqqumərtəbəli yaşayış binasının onbeşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb.

Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib


SON XƏBƏRLƏR

08 May 2025