• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bavariya" klubu öz rekordunu yenilədi

İDMAN

16 Yanvar 2022 | 13:32

"Bavariya" klubu öz rekordunu yenilədi

"Bavariya" futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi buna "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında nail olub.

Yulian Nagelsmanın baş məşqçi olduğu komanda ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus olan göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.

Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026