• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Pekin-2022: Daha bir təmsilçisimiz mübarizəyə başlayır

İDMAN

15 Fevral 2022 | 00:46 | Müəllif: Subhan Mahmudov

Pekin-2022: Daha bir təmsilçisimiz mübarizəyə başlayır

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova bu gün Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, 19 yaşlı qısa proqramda məharətini göstərməyə çalışacaq.

Ryabova Bakı vaxtı ilə saat 14:00-da start götürəcək yarışda buz üzərinə 24-cü çıxacaq.

Konkisürən ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR