• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

BBC-ni məhkəməyə verdi, 100 min təzminat qazandı

DÜNYA

31 May 2025 | 09:37

BBC-ni məhkəməyə verdi, 100 min təzminat qazandı

İrlandiyanın “Sinn Fein” partiyasının sabiq lideri Cerri Adams Britaniyanın BBC telekanalını məhkəməyə verib.

Bakıvaxtı.az bu barədə “Sky News”a istinadə xəbər verir.

Məlumata görə, buna səbəb “Sinn Fein”nin keçmiş rəsmisi, Böyük Britaniya agenti Denis Donaldsonun qətli ilə bağlı yayımlanan material olub.

Belə ki, 2016-cı ildə “BBC Northern Ireland” kanalında yayımlanan “Spotlight” proqramında anonim mənbə Adamsın Denis Donaldsonun qətlinə icazə verdiyini iddia edib. 76 yaşlı Adams bu ittihamları qətiyyətlə rədd edib.

Dublin məhkəməsi məqalənin Cerrinin reputasiyasına xələl gətirdiyinə qərar verib.

Beləliklə, 76 yaşlı Adams 84 min funt sterlinq (təxminən 100 min avro) təzminat qazanıb.

Qeyd edək ki, Denis Donaldsonun 2005-ci ilin dekabrında Britaniya kəşfiyyatına işləyən ikiqat agent olduğu ifşa edilib. O, 2006-cı ildə Doneqal qraflığında kottecdə güllələnib.


SON XƏBƏRLƏR

31 May 2025