• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Belarusun Nümayəndələr Palatasının sədr müavini Bakıya gələcək

DÜNYA

15 May 2023 | 16:15

Belarusun Nümayəndələr Palatasının sədr müavini Bakıya gələcək

Belarusun Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç sabah Bakıya gələcək.

Bakıvaxtı.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Nümayəndələr Palatasının mətbuat xidməti məlumat yayıb.

Valeri Mitskeviç Azərbaycan Milli Məclisinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbədənkənar iclasında iştirak edəcək.

Belarusun Nümayəndələr Palatasının sədr müavininin Azərbaycan parlamentinin növbədənkənar iclasında salamlama nitqi ilə çıxış edəcəyi, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcəyi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR