• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəzi ərazilərə qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

14 Aprel 2025 | 15:04 | Müəllif: Əli Hüseynov

Bəzi ərazilərə qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Rayonlarda gözlənilən hidrometeoroloji hadisə haqqında xəbərdarlıq.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Azərbaycanın rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

    Aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.

    Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.

    Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

    Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026
    21 Noyabr 2026