• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bəzi marşrutların hərəkət qrafiki dəyişir

CƏMİYYƏT

04 Aprel 2021 | 18:12

Bəzi marşrutların hərəkət qrafiki dəyişir

Aprelin 5-də aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu səbəbdən M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib.

Dəyişikliyə əsasən:

M1, M2, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə , daha sonra öz hərəkət sxemi üzrə;

11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Sadıqcan küçəsi üzrə; hərəkəti müyyən edilib.

104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026