• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bir həftədə 9 nəfər dəm qazından zəhərlənib - STATİSTİKA

CƏMİYYƏT

09 Dekabr 2024 | 09:59

Bir həftədə 9 nəfər dəm qazından zəhərlənib - STATİSTİKA

Azərbaycanda dekabrın ilk həftəsində 9 nəfər dəm qazından zəhərlənib.

Bakıvaxtı.az bu barədə mətbuatda verilən informasiyaların statistikasına əsasən xəbər verir.

Məlumata görə, zəhərlənənlərdən 3-ü dünyasını dəyişib.

Belə ki, dekabrın 2-də Şəki rayonunun Kiş kəndində yaşayan 30 yaşlı Taryel Abdullayev, həyat yoldaşı 31 yaşlı Billur Abdullayeva, eləcə də övladları 5 yaşlı Fərid və 1 yaşlı Məhəmməd dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Dekabrın 6-da Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Nahidə Bayramova yaşadığı Pirəyir kəndindəki evin hamam otağında dəm qazından boğularaq ölüb.

Dekabrın 6-da Samux rayonu Ziyadlı kəndində 18 yaşlı F.Abbaszadə dəm qazından boğularaq ölüb.

Dekabrın 7-də Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Dekabrın 7-də Goranboy rayonu Qaraçinar kəndində 2004-cü il təvəllüdlü Elyasova Ayşən Rəşid qızı və 2000-ci il təvəllüdlü Bağırova Gülşən Abdulla qızı yaşadıqları evdə dəm qazından zəhərlənib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025