Bu gün BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti ilə bağlı iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası (TŞ) 15 üzvdən ibarətdir. Onlardan beşi - Çin, Rusiya Federasiyası, Böyük Britaniya, ABŞ və Fransa daimi üzvlərdir. Qalan 10 Şura üzvü Baş Assambleya tərəfindən iki il müddətinə seçilir.
Şuranın qərarları onun lehinə onun 9 üzvünün səsi verildikdə qəbul edilmiş sayılır. Prosessual məsələlər üzrə səsvermə istisna olmaqla, Şuranın daimi üzvlərindən hər hansı biri əleyhinə səs verdikdə, yəni veto hüququndan istifadə etdikdə qərar qəbul edilə bilməz.
Hazırda BMT TŞ üzvləri aşağıdakı ölkələrdir.
Qeyri-daimi üzvlər
1. Qabon
2. Qana
3. Keniya
4. BƏƏ
5. Hindistan
6. Braziliya
7. Meksika
8. İrlandiya
9. Norveç
10. Albaniya
Daimi üzvlər
1. Çin
2. Rusiya
3. Fransa
4. Birləşmiş Krallıq
5. ABŞ
2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır.
Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdır.
TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Nigery, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdir. Lakin həm-sədr ölkələr bunun qəbul edilməz olduğunu bildirmişlər.
Həm-sədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid etmişlər.
Bundan sonra həm-sədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişlər.
Hazırda Qoşulmama hərəkatından 5 ölkə BMT TŞ-də təmsil olunur (Qabon, Qana, Keniya, BƏƏ, Hindistan). Həmin ölkələrdən də Hindistanın Azərbaycanın leyihinə olması gözlənilmir.
Belə halda Azərbaycan ən yaxşı dəstəkçisi Türkiyə ola bilər. Böyük ehtimal Türkiyə diplomatiyası BMT TŞ-nın iclasında imkanalrı daxilində üzv ölkələrə təsir etməyə çalışacaq.
İclasda Rusiyanın mövqeyi maraq doğuracaq.
İbRa
















