"Süni intellekt onun imkanlarından faydalanmaq üçün resursları və ya alətləri olmayanları kənarlaşdırmaqla bərabərsizliyi gücləndirə bilər".
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı BMT-nin baş katibi Antonio Quterreş deyib.
Dünya təşkilatının baş katibi sentyabr ayında BMT-də imzalanmış, rəqəmsal texnologiyaların potensialından istifadə və rəqəmsal uçurumun aradan qaldırılması üçün yol xəritəsinin yaradılmasını nəzərdə tutan sazişi xatırladıb. Müqaviləyə bilik boşluqlarını aradan qaldırmaq və hər bir ölkəyə ən məlumatlı süni intellektlə bağlı siyasət qərarlarını qəbul etməyə kömək etmək üçün ekspertlər cəlb edəcək AI üzrə müstəqil beynəlxalq elmi panelin yaradılması daxildir.
"Süni intellekt aldatma vasitəsi kimi istifadə edilə bilər. Bu isə iqtisadiyyatın və əmək bazarının fəaliyyətini poza bilər, institutlara olan inamı sarsıda bilər", - deyə Quterreş vurğulayıb.
Gülşən Şərif