• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

BNA-nın keçirdiyi tenderlər LƏĞV OLUNUB

İQTİSADİYYAT

02 Dekabr 2021 | 11:22

BNA-nın keçirdiyi tenderlər LƏĞV OLUNUB

Bakı Nəqliyyat Agentliyinin son beş ayda elan etdiyi 4 tenderin nəticəsi ləğv olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında məlumat verilib.

Məlumata görə, BNA-nın qeyri-qanuni parklanmaya nəzarət və mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş Neopost avtomatik zərfləmə avadanlığına texniki dəstək xidmətinin satın alınması; Agentliyin şəbəkə telefon avadanlıqlarına təmir və dəstək xidməti zəmanətinin satın alınması; Agentliyin mövcud server və şəbəkə infrastrukturunda istifadə olunan sistem, eləcə də şəbəkə avadanlıqlarının sıradan çıxmış və müasir tələblərə cavab verməyən hissələrinin dəyişdirilməsi üçün əlavə ehtiyat hissələrinin satın alınması məqsədilə 29.11.2021-ci il tarixində keçirilən açıq tenderin nəticələri ləğv olunub.  

29.09.2021-ci il tarixdə isə idxal olunan yüklər (320 ədəd avtobus və əlavə 20 digər avadanlıq) ilə əlaqədar olaraq gömrük prosedurlarının rəsmiləşdirilməsinə görə broker xidmətlərinin satın alınması məqsədilə keçirilən tender ləğv edilib.

17.07.2021-c il tarixində “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) Yol xətlənməsi əl işləri”nin satın alınması” və “Neftçilər prospekti-Hökumət evinin qarşısında və Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında yerləşən yeraltı avtomobil dayanacağı komplekslərində mühafizə xidmətləri”nin satınalınması” məqsədilə keçirilən açıq tenderin nəticələri ləğv olunub.  

Qeyd edək ki, tenderlər “Dövlət satınalmaları haqqında” qanunun və "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə"nin tələblərinə cavab vermədikdə ləğv olunur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026