• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bolqarıstandan "Qazprom"a qarşı 400 milyon avroluq iddia 

İQTİSADİYYAT

09 Iyul 2024 | 16:49 | Müəllif: Gülşən Şərif

Bolqarıstandan "Qazprom"a qarşı 400 milyon avroluq iddia

Bolqarıstanın "Bulgargaz" şirkəti "Qazprom"a qarşı qaz tədarükünə görə 400 milyon avro tələb edib.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, ərizə iyulun 8-də Parisdəki Beynəlxalq Ticarət Palatasında Beynəlxalq Arbitraj Məhkəməsinə daxil olub.

2022-ci ilin yazında Rusiya prezidenti Vladimir Putin qeyri-dost ölkələrə qaz satışı üçün ödənişlərin rubla köçürülməsinə göstəriş verib. Bolqarıstan bu şərtlərə əməl etməkdən imtina etdiyinə görə, həmin il aprelin 27-dən "Qazprom" "Bulgargaz"a bütün qaz tədarükünü tamamilə dayandırıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026