Dövlət büdcəsinə külli miqdarda vergi borcu “Enerji Tikinti Servis” MMC cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, Maliyyə Nazirliyi “Enerji Tikinti Servis” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi əsasında protokol tərtib edərək işi Səbail Rayon Məhkəməsinə göndərib.
Bu maddə bəcburi auditdən yayınma ilə bağlıdır.
Belə ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Rəsmi məlumata görə, “Enerji Tikinti Servis” MMC 1 milyon 406 min 251 vergi borcu var.
İbRa
















