Malayziya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq qərarına gələrsə, Braziliyanın dəstəyinə arxalana bilər.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasio Lula da Silva deyib.
O, bildirib ki, Malayziyaya səfərini ikitərəfli əməkdaşlığı davam etdirmək və ölkələr arasında ticarəti təşviq etmək niyyəti ilə yekunlaşdırır.
"Mən Malayziyanın Baş naziri Ənvər İbrahimlə əla görüş keçirdim. Biznes nümayəndələri ilə görüşümdən də yaxşı təəssürat aldım", - deyə Silva vurğulayıb.
Qeyd edək ki, Malayziya BRICS-in tərəfdaş dövlətidir.
Gülşən Şərif
Bakı 


