"Danimarkanın “Starm Kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan yenidən müqəddəs kitabımız olan Qurani-Kərimi İsveçin müsəlmanlar yaşayan məhləsində polisin iştirakı ilə yandırıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat deyib ki, hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır: "Bu aktın özü də bir terror haidsəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır".
R.Nurullayev yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pislədiyini bildirib. Dediyinə görə, İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkədir: "İsveç bu hadisəni də söz azadlığı hesab edir. Bu söz azadlığı deyil, əksinə yeni münaqişə ocaqları yaratmaqdır. İndi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı “insan ovu” elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını psiləməyə çağırıram".
Nuranə Daxilqızı
















