• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşdü

SİYASƏT

15 May 2022 | 09:18

Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 12 may 2022-ci il tarixində Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Bununla, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri başa çatıb.


Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR