• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Bu gün məktəblərdə kütləvi pul yığma yoxdur"- AÇIQLAMA

CƏMİYYƏT

05 Oktyabr 2021 | 15:53

"Bu gün məktəblərdə kütləvi pul yığma yoxdur"- AÇIQLAMA

Məlumdur ki, bu gün 5 oktyabr müəllimlər günüdür. Hər il olduğu kimi, bu il də müəllimlərə hədiyyə alınması, təbrik üçün pul yığılması mövzusu aktualdır. Kimisi artıq məktəblərdə pul yığılmadığını deyir, kimisi də bu problemin hələ də həll olunmadığından şikayətlənir.

Bəs bu gün Azərbaycan məktəblərində pul yığılır?

Təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, müəllimləri bu cəhətdən təqdim etmək düzgün deyil:

Bu gün müəllimlərin bayramıdır, bütün Azərbaycan müəllimlərinin bayramını təbrik edirik. Azərbaycan müəllimini dünyanın ən peşəkar yerlərində görmək arzusu ilə hər birinə peşə fəaliyyəti ilə bağlı uğurlar arzu edirəm. Bakıvaxtı.az saytı vasitəsilə bütün kütləvi informasiya vasitələrinə üzümü tutub çağırış edirəm ki, müəllimlər günündə müəllimləri bu cəhətdən qabartmasınlar. Azərbaycan məktəblərində kütləvi pul yığma yoxdur. Vaxtilə, 2008-2011-ci illərdə olub, amma bu gün Azərbaycan məktəbində hansısa bayram adı ilə kütləvi pul yığma halları yoxdur. Bunu bu şəkildə təqdim etmək doğru deyil. Bu gün ümumi təhsil 4472 məktəbi, 85 min sinifi, 152 min müəllimi 1 milyon 600 minə yaxın şagirdi əhatə edir. Bu, kifayət qədər böyük rəqəmdir. Bəli, hansısa məktəbdə kiçik bir hal ola bilər, amma bu o demək deyil ki, bu halı bütün Azərbaycan məktəblərinə və müəllimlərinə aid etmək olur. Ona görə də, bu məsələni bu şəkildə ictimailəşdirməyi doğru saymıram. Məsələnin ikinci tərəfi odur ki, Azərbaycan müəllimi dünyanın ən böyük mükafatına layiqdir. Ancaq, düşünürəm ki, bu hədiyyə pul yığmaqla deyil, bir diqqət, qayğı göstərmək, zəng etmək, gül dəstəsi verməklə və ya şagirdlərin əl işindən hədiyyə verməsi ilə olmalıdır. Müəllimə qayğı, diqqət lazımdır. Rəhmətlik prezidentimiz Heydər Əliyevin gözəl bir sözü var, deyir, müəllim yeganə insandır ki, insan övladını özündən başqasına, yəni ona etibar edir. Müəllim övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan şəxsdir. Bu da çox böyük vəzifədir. Bu baxımdan, əlbəttə, müəllimləri təbrik etmək lazımdır. Amma üç, beş, on manat pul yığmaqla deyil, onlara diqqət göstərməklə. Ona görə də, Bakıvaxtı.az saytı vasitəsilə bütün müəllimlərin peşə bayramını təbrik edirəm.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR