• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu klubun prezidenti həbs oluna bilər
 

İDMAN

09 Mart 2022 | 00:18 | Müəllif: Qalib İbrahimoğlu

Bu klubun prezidenti həbs oluna bilər

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifiyə həbsxana cəzası verilə bilər.

Bakıvaxtı.az xəbər verir kki,  "RMC Sport"un məlumatına görə, İsveçrə prokurorluğu, eyni zamanda "beIN Media" televiziya qrupunun rəhbəri olan Əl-Xəlaifiyə qarşı FIFA-nın keçmiş baş katibi Jerom Valkeni cinayətlərə təhrik etmə ittihamını irəli sürüb.

Onun Valkeyə dünya çempionatının yayım hüququnun satışı ilə bağlı özünü doğrultmayan üstünlüklər təqdim etdiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl məhkəmənin birinci instansiyası PSJ rəhbərini haqlı çıxarıb, Jerom Valke isə 120 günlük şərti cəzaya məruz qalıb (report).  Lakin İsveçrə prokurorluğu bu qərardan şikayət etmək niyyətindədir. Orqan Əl-Xəlaifiyə 28 ay, Valkeyə 35 ay həbs cəzası tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026