• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bu ölkə karbohidrogen hasilatını bərpa edə bilər

DÜNYA

19 Aprel 2022 | 03:39 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkə karbohidrogen hasilatını bərpa edə bilər

Niderland zəlzələlərə görə dayandırdığı karbohidrogen hasilatını bərpa edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə il əvvəl Niderlandın şimalında yerləşən və 365 sakini olan Woltersum kəndində sakitlik mütəmadi şəkildə baş verən zəlzələlər nəticəsində pozulduğundan, hökumət kəndin yaxınlığındakı qaz yatağının fəaliyyətini dayandırmışdı. Kənd sakinləri yaxınlıqdakı təbii qaz yatağının mütəmadi zəlzələlərə səbəb olmasından, nəticədə yaşayış evlərinə ziyan dəyməsindən narahatlıqlarını bildirirdilər.

Sakinlərin narahatlığını nəzərə alan hökumət 2 il ərzində bu qaz yatağında fəaliyyəti dayandırıb (azərtac). Ancaq təbii qaza ehtiyac yaranarsa, bu yatağın fəaliyyətinin yenidən davam etdiriləcəyi istisna deyil.

Aparılmış sorğunun nəticələrinə görə, ölkənin enerji asılılığına son qoymaq üçün kənd sakinləri qaz yatağının yenidən istifadəsinə razılıq veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026