Avstraliyanın baş naziri Entoni Albanese uşaqlar üçün sosial mediadan istifadənin qadağan edəcəklərini açıqlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə Albanese sosial media platformalarına girişlə bağlı açıqlama verib.
Albanese ilin sonuna qədər sosial media platformalarına yaş məhdudiyyəti tətbiq etmək üçün qanun layihəsi təqdim etməyi planlaşdırdıqlarını və qanunun tətbiq ediləcəyi yaş qrupu ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirib.
Sosial medianın uşaqları real həyatdan, onların ailələrindən və dostlarından uzaqlaşdırdığını bildirən Albanese valideynlərin bu məsələdən narahat olduğunu vurğulayıb.
Əli Hüseynov