• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bu qrup üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur

CƏMİYYƏT

16 Avqust 2022 | 11:29

Bu qrup üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur

"I və IV ixtisas qruplarında kənd təsərrüfatı profilli ixtisaslar üzrə (I qrupda 1060 yer, IV qrupda 400 yer, ümumilikdə 1460 yer) həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır".

Bakıvaxtı.az xəbər verir ki, bunu DİM-nin sədri Məleykə Abbaszadə deyib.

DİM sədri qeyd edib ki, bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20229 subbakalavr müraciət edib. Ötən il isə 19295 nəfər ərizə təqdim etmişdi: "Ötən il 6810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq, yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur. Bu gün saat 15:00-da abituriyentlər üçün ayrıca canlı yayım edəcəyik və hər ixtisas qrupu üzrə müsabiqə vəziyyəti təhlil ediləcək, məsləhət veriləcək".

Onun sözlərinə görə, bundan başqa, avqustun 15-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib: "Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub. Qəbul olunan şəxslər 2022-ci il 18 avqust 10:00-dan 30 avqust saat 23:59dək elektron qaydada https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər. 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat avqustun 17-dək davam edir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024