• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Bu savaş Qərbin əsl simasını göstərdi" - Bəşər Əsəd

DÜNYA

18 Mart 2022 | 17:26 | Müəllif: Subhan Mahmudov

"Bu savaş Qərbin əsl simasını göstərdi" - Bəşər Əsəd

Qərbin Rusiyaya qarşı diskriminasiyası dünya tarixində görünməmiş bir hadisədir. Qərb hər sözdə yalan danışır.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

"Qərb beynəlxalq hüququn dəyərsiz olduğunu sübut etdi və qlobal müqavilələrin bütün prinsiplərinin üstündən xətt çəkdi, dünyanı vəhşi meşəyə çevirdi", - Əsəd qeyd edib.

B.Əsəd Qərblə qarşıdurma imkanlarının olduğunu qeyd edib:

"Ukraynada münaqişənin başlaması ilə Qərb qlobal miqyasda tarixi dönüş nöqtəsini yaşayır. Qərbin yeritdiyi siyasət - güc siyasəti və dünya nizamının cəngəllik qanununa çevrilməsidir. Ukraynadakı münaqişə Qərb ölkələrinin hakimiyyətlərinin əsl simasını xalqlarına göstərdi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR