• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq

CƏMİYYƏT

22 Aprel 2025 | 13:01

Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti müyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə, həmçinin ixtisasartırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir.

Təklif olunan dəyişikliyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR