• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu SMS-lər saxtadır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

20 Oktyabr 2023 | 19:11 | Müəllif: Subhan Mahmudov

Bu SMS-lər saxtadır - XƏBƏRDARLIQ

Kiberdələduzlar “Azərpoçt” MMC-nin adından istifadə edərək vətəndaşlara saxta SMS-lər göndərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan onlara göndərilən keçidə daxil olmaları, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR