• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu yol sürücü və piyadalar üçün təhlükəlidir-FOTOLAR 

GÜNDƏM

28 Iyul 2021 | 12:31

Bu yol sürücü və piyadalar üçün təhlükəlidir-FOTOLAR

Tez-tez yol nəqliyyat hadisələrinin baş verdiyi avtomobil yolunda təhlükəli vəziyyət hökm sürür.

Söhbət Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolundan gedir.

Bakıvaxtı.az xəbər verir ki, uzunluğu 7.2 km olan bu avtomobil yolunda gediş-gəliş xeyli çətinləşib.

Belə ki, yolun hərəkət hissəsində asfalt-beton örtüyü dağılıb, çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlib. Bu kimi halları nəzərə almayan sürücülər yol nəqliyyat hadisəsinə səbəb olurlar. Təhlükəli döngə və döngənin istiqamətini göstərən xəbərdarlıq nişanlarının olmaması qəza riskini daha da artırır.

Sürücülər bildirirlər ki, bu problemin aradan qaldırlması üçün yolun təmirə və xəbərdarlıq nişanlarının quraşdırılmasına ehtiyac var.

Ramid İbrahimov


Bu yol sürücü və piyadalar üçün təhlükəlidir-FOTOLARBu yol sürücü və piyadalar üçün təhlükəlidir-FOTOLARBu yol sürücü və piyadalar üçün təhlükəlidir-FOTOLARBu yol sürücü və piyadalar üçün təhlükəlidir-FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR