• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bütün gözlər Şuşada: Deputat beynəlxalq tədbiri şərh etdi 

CƏMİYYƏT

10 Oktyabr 2023 | 12:59

Bütün gözlər Şuşada: Deputat beynəlxalq tədbiri şərh etdi

Bu gün Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.

İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Bakıvaxtı.az-a açıqlamasında Şuşada keçiriləcək beynəlxalq tədbiri şərh edib.

"İƏT-nın yaradılmasında əsas məqsədlər region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsisir. Qarabağda aparılan anti-terror tədbirləri nəticəsində regionun terrorçularıdan və qanunsuz silahlı qruplardan təmizlınməsi bu məqsədlərə çatmaq üçün yeni imkanlar yaradıb. Nəqliyyat dəhlizlərinin keçdiyi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi təşkilatın güclənmlənməsinə güclü stimul verəcəkdir. Eynu zamanda artıq demək olar ki, bütün üzv ölkələrin marağına xidmət edəcək Zəngəzur koridorunun açılması isə regionda ticarəri gücləndirəcəkdir. Hesab edirəm ki, belə bir şəraitdə İƏT Nazirlər Şurasının Şuşada keçirilməsi dediyim məqsədlərə çatmaq üçün güclü iradənin olmasının bəyan edilməsidir", -deyə deputat Tahir Mirkişili bildirib.

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, Bakı Bəyannamələri qəbul edilib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026