• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çavuşoğlu-Lavrov-Kuleba görüşü bu saatda olacaq

DÜNYA

10 Mart 2022 | 11:03 | Müəllif: Qalib İbrahimoğlu

Çavuşoğlu-Lavrov-Kuleba görüşü bu saatda olacaq

Türkiyə, Rusiya və Ukrayna xarici işləı nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında Antalyada baş tutacaq görüşün vaxtı məlum olub.

Bakıvaxtı.az-ın “Haber Global"a istinadən məlumatına görə, Ukraynanın Ankaradakı səfirliyindən verilən açıqlamada  Ukrayna, Türkiyə və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün saat 11:00-da (Bakı vaxtı ilə saat 12.00) keçirilməsi nəzərdə tutulub”.

Məlumata görə, görüşdən dərhal sonra Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ayrıca mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu gün Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının Antalyada görüşü keçiriləcək. Görüş "Regnum Carya" otelinin Konqres Mərkəzində baş tutacaq.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026