• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çavuşoğlu və Rəşad Məmmədov şəhidliyi ziyarət etdi - FOTOLAR

SİYASƏT

08 Avqust 2022 | 15:20

Çavuşoğlu və Rəşad Məmmədov şəhidliyi ziyarət etdi - FOTOLAR

Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatı və xaricdəki nümayəndəliklərinin rəhbərlərinin hər il təşkil olunan Səfirlər Konfransı çərçivəsində terror qurbanı olan Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir Məmmədov ziyarət zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Şəhidliyə əklil qoyub. 

Tədbirdə həmçinin Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, nazir müavinləri Sedat Onal, Faruk Kaymakçı, Yavuz Selim Kıran, Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının vəzifəli şəxsləri və Türkiyənin xaricdəki nümayəndəliklərinin rəhbərləri də iştirak edib.  

Bir dəqiqəlik sükutla başlayan mərasimdə çıxış edən Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu vurğulayıb.


Çavuşoğlu və Rəşad Məmmədov şəhidliyi ziyarət etdi - FOTOLARÇavuşoğlu və Rəşad Məmmədov şəhidliyi ziyarət etdi - FOTOLARÇavuşoğlu və Rəşad Məmmədov şəhidliyi ziyarət etdi - FOTOLARÇavuşoğlu və Rəşad Məmmədov şəhidliyi ziyarət etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR