• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü - YENİLƏNİB

HADİSƏ

13 May 2021 | 21:42

Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın  məlumatına görə, yol qəzasında sürücünün övladı, Qasımzadə Ruqiyyə Məhəmməd qızı vəfat edib.

Həmçinin, qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:51

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Nissan Sunny” markalı minik avtomobili yolun kənarına aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Ölənin şəxsin sürücünün azyaşlı övladı olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.(report)


SON XƏBƏRLƏR

28 Mart 2024