• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb 

HADİSƏ

07 Avqust 2021 | 14:50

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Qasım idarə etdiyi “VAZ-2199” markalı minik avtomobili ilə yolun kənarı ilə hərəkət edən həmkəndlisi, 1993-cü il təvəllüdlü Gülşən Məlikovanı vurub.

Qəza nəticəsində piyada aldığı ağır xəsarətlərlə rayon xəstəxanasına çatdırılsada orada vəfat edib.

Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026