Koreyanın xarici işlər naziri Ço Tae-yol və ABŞ dövlət katibi Antoni Blinken KXDR-in raket buraxılışını pisləyiblər.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naizri mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, o, Blinkenlə KXDR-in nüvə proqramı və Moskva ilə Pxenyan arasında əməkdaşlıq, eləcə də BMT-nin KXDR-ə qarşı sanksiyalarına əməl olunması məsələlərini müzakirə edib.
"Şimali Koreyadan orta mənzilli ballistik raketin buraxılması Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib. Raket təxminən 1100 km məsafə qət edib. Biz bu gün Şimali Koreyanın ballistik raketinin buraxılışını pisləyirik", - deyə koreyalı nazir vurğulayıb.
Gülşən Şərif