• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Cənubi Koreyada keçmiş Baş nazirə 15 il həbs cəzası istənilib

DÜNYA

26 Noyabr 2025 | 12:38

Cənubi Koreyada keçmiş Baş nazirə 15 il həbs cəzası istənilib

Xüsusi prokuror komandası məhkəmədən Cənubi Koreyanın keçmiş Baş naziri Han Deok Suna 2024-cü ilin dekabrında hərbi vəziyyətlə bağlı işdəki roluna görə 15 il həbs cəzası verilməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Han Duk Su çevriliş lideri, keçmiş prezident Yun Seok Yula kömək etməkdə və hərbi vəziyyətin hazırlanması ilə bağlı yalan şahidlikdə ittiham olunub. 

"Müttəhim bu işdə mahiyyətcə üsyanı dayandıra bilən yeganə şəxs idi, lakin o, bütün xalqa xidmət etmək vəzifəsini yerinə yetirməkdən imtina etdi və hərbi vəziyyət elan olunmazdan əvvəl və sonra öz hərəkətləri ilə üsyana qatıldı", - hərbi vəziyyət işi ilə məşğul olan xüsusi prokuror Ço Eun Seokun nümayəndələri qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 Noyabr 2025