• Bakı C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0184

Ceyhun Bayramov estoniyalı həmkarı ilə telefonla danışdı

SİYASƏT

08 Dekabr 2023 | 19:15

Ceyhun Bayramov estoniyalı həmkarı ilə telefonla danışdı

8 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.

Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

27 Fevral 2024