• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

COVID-dən sonra qaraciyər zədələnməsinin ƏLAMƏTLƏRİ

CƏMİYYƏT

24 Fevral 2022 | 05:34 | Müəllif: Qalib İbrahimoğlu

COVID-dən sonra qaraciyər zədələnməsinin ƏLAMƏTLƏRİ

Koronavirus xəstəliyindən sonra qaraciyərin işində pozulmalar müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, həkim qastroenteroloq Olqa Kolokolnikova bu problemin simptomlarını açıqlayıb.

Onun sözlərinə görə, COVID qaraciyəərə bir neçə formada təsir edir. Birincisi, bu orqanda virusun çöküb yapışması üçün reseptorlar var. Bu zaman qaraciyər hüceyrələri zədələnir.

İkincisi xəstənin çox sayda fərqli dərmanlar qəbul etməsi ilə toksiki təsirdir. Üçüncüsü ümumi virus və dərman intoksikasiyası.

Qaraciyər kovid bitdikdən sonra da bütün bunlarla mübarizə aparır.

Qaraciyərdə problemin olduğunu göstərən əlamətlər: ürəkbulanma, köp, ağırlıq və dəri rəngində dəyişiklikdir.

Bu hallar varsa, mütləq terapevt və ya qastroenteroloqa müraciət edin.

Əgər insanın ağzında acı dad, dilində sarı ərp varsa, bu öd yollarının zədələnməsi deməkdir.

Hətta ən yüngül koviddə belə qaraciyər təzyiqə məruz qala bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026