• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Daha 13 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

CƏMİYYƏT

23 May 2023 | 17:06 | Müəllif: Qalib İbrahimoğlu

Daha 13 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 831 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 403 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.

    Ölkədə son sutka ərzində 1 274, hazırkı dövrədək isə 7 613 693 test aparılıb.


    Daha 13 nəfər koronavirusa yoluxdu - STATİSTİKA
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR