• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Daha bir general işdən çıxarıldı

CƏMİYYƏT

21 Sentyabr 2023 | 18:15 | Müəllif: Subhan Mahmudov

Daha bir general işdən çıxarıldı

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub.

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadır islahatları ilə bağlıdır.

Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib.

Xatırladaq ki, Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov da təqaüdə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026