Daha bir ölkə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən maska rejimini ləğv edəcək.
Bakıvaxtı.az xəbər verir ki, BƏƏ-də sentyabrın 28-dən etibarən maska rejimi ləğv ediləcək. Maskalar yalnız tibb müəssisələrində və xəstəxanalarda, məscidlərdə, ibadət yerlərində və ictimai nəqliyyatda tələb olunacaq.
Bundan başqa, aviaşirkətlər sərnişinlərdən təyyarədə maska taxmağın tələb edilib-edilməməsinə özləri qərar verə biləcəklər. Məktəblərdə isə maska taxmaq da sərbəst olacaq.
Məscidlərdə sosial məsafə qaydaları da ləğv edilib.
NCEMA xroniki xəstəlikləri olan bütün insanlara maska taxmağa davam etməyi tövsiyə edir.
Bu qaydalarla yanaşı BƏƏ-yə daxil olmaq üçün mənfi PCR testi tələb olunacaq. Əbu-Dabi Əmirliyində peyvənd edilmiş səyahətçilər bir ay müddətində, peyvənd olunmamış turistlər üçün isə 7 gün ərzində testdən keçməlidirlər. Əvvəllər peyvənd olunmamış turistlər hər 47 saatdan bir testdən keçməli idilər.
Əmirliklərin özündə PCR testləri indi yalnız simptomlar görünəndə məcburidir. Artıq COVID-19-a yoluxmuş xəstələrlə təmasda olanlar da PCR testindən keçməli və 7 gün ərzində müşahidə olunmalı olacaqlar. COVID-19-a yoluxmuş şəxslər 5 gün karantində qalmalıdırlar.
Nuranə Daxilqızı
















