• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Daha bir ölkədə Yeni illə bağlı məhdudiyyətlər olacaq

DÜNYA

28 Dekabr 2021 | 00:35 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkədə Yeni illə bağlı məhdudiyyətlər olacaq

Fransanın Nazirlər Şurasının fövqəladə iclası başa çatıb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, Baş nazir Jan Kasteksin rəhbərliyi ilə keçirilən iclasda sərt karantin tətbiq etməmək qərara alınıb.
Bununla belə, Yeni il gecəsi üçün müəyyən məhdudiyyətlər tətbiq edilib. 31 dekabr – 1 yanvar tarixlərində hərəkət sərbəst olsa da, küçələrdə spirtli içki və qida satışı qadağan edilib. Dərslər isə yanvarın 3-dən bərpa olunacaq.

Bundan əlavə, müəssisələrdən insanların əsassız şəkildə cəmləşməsi qadağan edilir. Yaxın 3-4 həftə ərzində həftədə 3 gün məsafədən iş rejimi tətbiq olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR