• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Danabaşlar hər tərəfdən doluşdular ki, bəs deputat..." - Fazil Mustafa

CƏMİYYƏT

13 Aprel 2022 | 12:08 | Müəllif: Qalib İbrahimoğlu

"Danabaşlar hər tərəfdən doluşdular ki, bəs deputat..." - Fazil Mustafa

“Azərbaycanda nə 4-cü, nə 5-ci, nə də 6-cı kolon təhlükəsi var. Təhlükəli olan təəssüf ki, kolon sayında deyil, ordudur, ordu. Cahillər Ordusu! Vətənşüvənlər Ordusu! Bunların bizi iki il öncəki nöqtəyə qaytarmaması üçün hər gün dua edirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunları deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, əvvəl Azərbaycan vətənşüvənləri bolluğuydu. İndi də ukraynaşüvənlər, rusiyaşüvənlər, qərbşüvənlər, iranşüvənlər yağışdan çıxmış göbələk kimi artmağa başlayır: "Biri Mağara tv açıb, digəri Nağara tv, Azərbaycandan başqa hamının dərdini özlərinə yükləyiblər. Az qala Rusiyanın üstünə çığırırlar ki, niyə bizimlə deyil, gedib Ukrayna ilə savaşırsan. Azərbaycan dövləti Ukraynaya humanitar dəstək verir, yenə də narazıdırlar ki, niyə ordunu köməyə göndərmirsən?"

F.Mustafa qeyd edib ki, indi də soruşurlar ki, Ukrayna və ya Rusiya tərəfdən savaşa qatılan Azərbaycan vətəndaşlarına qanununvericiliyin münasibəti necə olacaq: "Bir hüquqşünas kimi sadəcə qanunvericiliyi izah edirsən, baxırsan ki, bu danabaşlar hər tərəfdən doluşdular: bəs deputat Ukraynada savaşanları cinayətkar adlandırdı. Bir yandan Mağara tv, digər yandan Nağara tv özləri üçün çal-çağır düzəldirlər ki, bəs Fazil Mustafa Ukraynada savaşanların həbs olunmasını istəyir. Əziz, ayrılmaz və əhəmiyyətli hissəmiz olan milli danabaşlar! Qanunu olduğu kimi şərh etmək kiminsə həbs olunmasını istəmək, yaxud da Ukraynaya qarşı olmaq deyil”.

Deputat vurğulayıb ki, qanunvericilikdə İran, Suriya, Ukrayna, Əfqanıstan, Rusiya adı keçmir, sadəcə yazılır ki, başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə savaşa qatılanlar cinayət məsuliyyətinə cəlb olunurlar: “Bu, yalnız Azərbaycan vətəndaşı olan şəxslərə aiddir. Ukrayna vətəndaşı olan azərbaycanlılara aid deyil".

Onun sözlərinə görə, gələcəkdə bu şəxslər məsuliyyətə cəlb olunarsa, yenə də onların ilk müdafiəçisilərı sırasında olacaqlar: "Çünki Ukraynanın müstəqilliyinin qorunmasına, işğaldan qurtulmasına baxışımız hər kəsə bəllidir. Əziz danabaşlarımız, ukraynaşüvənlərimiz, rusiyaşüvənlərimiz, qərbşüvnlərimiz, iranşüvənlərimiz, bir az imkan tanıyın Fərruxdan irəli addımlayaq, Ağdərədə yeni postlarımızı quraq, Laçında gedib oturaq, Zəngəzur yolunun təməlini ataq. Bilirəm, hamınız qlobal dünya ilə uğraşırsınız, qafanız və ruhunuz oralarda gəzişir, burada da heç olmazsa Azərbaycansevərlərə imkan tanıyın mümkün olanı dünyanın başının qarışdığı zamanda etsinlər. Maraqlı burasındadır ki, özünü ağıllı göstərənlərin çoxu da bu anlaqsız yolu izləmək üçün yarışırlar. Yenə də əvvəl söylədiyim fikri təkrarlamaq istəyirəm: Azərbaycanda nə 4-cü, nə 5-ci, nə də 6-cı kolon təhlükəsi var. Təhlükəli olan təəssüf ki, kolon sayında deyil, ordudur, ordu. Cahillər Ordusu! Vətənşüvənlər Ordusu! Bunların bizi iki il öncəki nöqtəyə qaytarmaması üçün hər gün dua edirəm”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026