• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

David Tonoyandan “İsgəndər” AÇIQLAMASI

GÜNDƏM

03 Aprel 2021 | 10:59

David Tonoyandan “İsgəndər” AÇIQLAMASI

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan ikinci Qarabağ müharibəsi zamanı “İsgəndər” raketlərindən istifadə edilib-edilməməsi ilə bağlı danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Tonoyan “İsgəndər”dən istifadə olunmasını təkzib etməyib. Lakin dövlət sirrini açıqlamaq niyyətində olmadığını deyərək, əlavə məlumat verməkdən boyun qaçırıb.

Sabiq nazir əlavə edib ki, müharibə ilə bağlı dövlət sirri təşkil edən məqamları açıqlamaq istəmir.

“Müharibənin nəticələri və gedişatı barədə düzgün araşdırma aparıldıqda, bütün suallara cavab alacağıq. İstintaqda iştirak etməyə hazıram”.

Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqları aşkarlanıb. Tədqiqat zamanı raketin üzərində yazılan 9M723 indeks kodu yoxlanılıb. Məlum olub ki, Şuşaya atılan "İskəndər-M" raketidir.(azvision.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR