• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dələduzluq piramidası yaradanların istintaqı başa çatdı

CƏMİYYƏT

21 Fevral 2024 | 15:00

Dələduzluq piramidası yaradanların istintaqı başa çatdı

“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Xəyal Yəxyayevin 15 il, Gülarə Abdullayeva və Yeganə Məmmədovanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024